Özbəkistan Tarixi Dövlət Muzeyi tərəfindən Daşkənddə “XXI əsrdə muzeyşünaslıq: tədqiqatlar, ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi t.ü.f.d., dos. Əli Fərhadov slaydın müşayiəti ilə "Azərbaycan" (1947-1949) qəzetində və "Varlıq" (1979-2014) jurnalında bayramlara və dastanlara baxış" mövzusunda məruzə ilə çıxış edib (onlayn). Məruzədə İran azərbaycanlılarının nəşr etdiyi bu mətbu orqanlarda milli-mədəni mənəvi məsələlər haqqında məlumat verilib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətraflı cavablandırılıb.
Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.