Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyində Bakı şəhəri Rəfail Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin şagirdləri üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs keçirilib. Dərs zamanı şagirdlərə H.Z.Tağıyevin həyat fəaliyyəti, muzeyin yerləşdiyi bina və onun memarlıq xüsusiyyətləri barədə məlumat verilib.
Daha sonra interaktiv formatda quiz yarışması keçirilib. Yarışma şagirdlər arasında bilikləri möhkəmləndirmək və əyləncəli öyrənmə mühiti yaratmaq məqsədilə təşkil olunub.
Ustad dərsində isə şagirdlərə küp formasında gips fiqurlarının rənglənməsi qaydası öyrədilib.
Sonda şagirdlər Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasını ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.