Qərbi Kaspi Universitetinin Tarix ixtisası üzrə təhsil alan tələbələr Milli Azərbaycan Tarixi Muzeyini ziyarət ediblər. Muzeyin Numizmatika Fondunun baş mütəxəssisi, Qərbi Kaspi Universitetinin müəllimi, t.ü.f.d. Aygün Məmmədova və həmin universitetin müəllimi, t.ü.f.d. Günay Həsənova tələbələrə muzeyin ekspozisiyasında nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat veriblər. Ziyarət zamanı tələbələr Azərbaycanın zəngin tarixi və maddi-mədəni irsi ilə yaxından tanış olublar.
Sonda xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.