Milli Azərbaycan Tarixi Muzeyində R.Nəsirov adına 111 nömrəli tam orta məktəbin şagirdləri üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs keçirilib. Dərs zamanı şagirdlərə H.Z.Tağıyevin həyat fəaliyyəti, muzeyin yerləşdiyi bina və onun memarlıq xüsusiyyətləri barədə məlumat verilib.
Daha sonra oyun-tapmaca formatında intellektual yarış keçirilib. Bu interaktiv metod şagirdlərin fəallığını artırmaqla yanaşı, onların müşahidə qabiliyyətini, təsəvvürünü və tarixi keçmişə marağını daha da gücləndirir.
“Boyalı küp” adlı ustad dərsində isə şagirdlərə küp formasında gips fiqurlarının rənglənməsi qaydası öyrədilib.
Tədbirin sonunda şagirdlər üçün müxtəlif intellektual və əyləncəli oyunlar təşkil olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.