XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
27 Oktyabr, 2025
Muzeyin əməkdaşı Özbəkistanın Daşkənd şəhərində keçirilən konfransda iştirak edib

Özbəkistanın Daşkənd şəhərində Kamolləddin Behzati adına Rəssamlıq və dizayn institununun təşkilatçılığı ilə “Türk dünyası əməli sənəti: dünən, bu gün və sabah elm-sənət əlaqələri” adlı konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifovanın Türk dünyası mədəniyyət əlaqələrinin inkişafı istiqamətində Azərbaycan-Özbəkistan incəsənət əlaqələri ilə bağlı “Azərbaycan və Özbəkistan memarlıq əlaqələrinə yeni elmi yanaşma” (Новый подход к перспективному строению в архитектуре Азербайджана и Узбекистана) mövzusunda çıxış edib. Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.

Daha sonra N.Yusifova Özbəkistanın mədəniyyət kanalına konfransla bağlı müsahibə verib. N.Yusifova müsahibə zamanı Azərbaycan və Özbəkistan arasında incəsənət və memarlıq sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Ətraflı keçiddə