Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Qarabağ Zəfəri: Tarixdə Qalacaq Qələbə” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad kollecinin tələbələri və muzey əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin elmi işlər üzrə direktor müavini, t.e.d., dosent Fərhad Cabbarov xalqımızın qürur mənbəyi olan Vətən Müharibəsindən bəhs edib, tarixi zəfərimiz, torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərmiş şəhid və qazilərimizdən danışıb. F.Cabbarov çıxışında şəhid və qazilərimizə məxsus şəxsi əşyaların muzeyin Vətən Müharibəsi fondunda qorunduğunu, bu materialların tarixi qələbəmizi əks etdirdiyini və onların öyrənilməsi, həmçinin təbliği istiqamətində mühüm işlərin həyata keçirildiyini xüsusi qeyd edib.
Daha sonra çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə- İqtisad kollecinin direktoru Davud Davudov Vətən Müharibəsinin tarixi əhəmiyyətini vurğulayıblar. Qeyd ediblər ki, Vətən Müharibəsində qazanılan zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun güc və iradəsinin, eləcə də Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyinin nəticəsidir.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasının Zəfər zalını ziyarət ediblər. Ekskursiya zamanı qonaqlara Vətən Müharibəsini əks etdirən tarixi əhəmiyyətli materiallar haqqında ətraflı məlumat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.