"Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının cari il üzrə növbəti nömrəsində muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Əli Fərhadovun "Mirzə Bala Məhəmmədzadənin yaradıcılığında milli istiqlala dair ("Azərbaycan Misaqi-Millisi": 28 May İstiqlal Bəyannaməsinin təhlili" əsəri əsasında)" adlı elmi məqaləsi nəşr edilib (2025, No.3). Məqalə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Mirzə Bala Məhəmmədzadənin Azərbaycan Xalq Cümhuriyyətinə və milli istiqlal ideyasına həsr olunmuş dəyərli əsərlərinə, xüsusilə də onun "Azərbaycan Misaqi-Millisi: 28 May İstiqlal Bəyannaməsinin təhlili" əsərinə həsr olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.