AMEA-nın “Elm və həyat” elmi-populyar jurnalının 2025-ci ilin üçüncü sayı işıq üzü görüb. Nəşrin bu sayında Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarının məqalələri dərc olunub.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsinin Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Yusif Məmmədəliyevin irsi muzeylərdə” (səh. 40–42) adlı məqaləsində akademikin elmi fəaliyyəti və onun Azərbaycan elminin inkişafındakı rolu təhlil olunub. Müəllif məqalədə alim haqqında arxiv materialları, elmi mənbələr və muzey eksponatlarına istinad edərək onun elmi irsinin bu gün muzeylərdə necə təqdim olunduğunu diqqətə çatdırır.
Sözügedən jurnalda həmin şöbənin baş mütəxəssisi Nigar Əhmədlinin Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Hacıbəyli Peterburqda” (rus dilində) (səh. 33–35) adlı məqaləsi də yer alıb. Məqalədə dahi bəstəkar, Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin Sankt-Peterburqda keçirdiyi illər, təhsil mühiti və yaradıcılığının formalaşmasında bu dövrün rolu ətraflı şəkildə işıqlandırılır. Məqalədə Üzeyir Hacıbəylinin Avropa musiqi məktəbləri ilə tanışlığı, onun Şərq və Qərb musiqi ənənələrini sintez edərək milli musiqiyə gətirdiyi yeniliklər elmi-populyar dildə təqdim olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.