7 noyabr 2025-ci il tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunmuş “Zəfər ruhu ” adlı fotosərgi keçiriləcək. Sərgidə fotoqraflar- Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Araz Adiloğlu, Vüqar Əmrullayev, Famil Mahmudbəyli və muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu tərəfindən lentə alınmış fotolar nümayiş olunacaq.
Giriş sərbəstdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.