Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsində qazanılmış qələbənin 5 illiyinə həsr olunmuş interaktiv dərs keçirilib. Dərsdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri iştirak ediblər.
İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı dərs zamanı şagirdlərə Muzeyin Vətən Müharibəsi fondu haqqında ətraflı məlumat verib, fondun tərkibində qorunan unikal eksponatlar – sənədlər, şəxsi əşyalar, fotolar və hərbi atributlar barədə danışıb.
Dərs muzeyin ekspozisiyasının Vətən Müharibəsinə həsr olunmuş Zəfər zalında keçirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.