Milli Azərbaycan Tarixi Muzeyi və Yeni Azərbaycan Partiyasının Səbail rayonu “H.Z.Tağıyev 4” ərazi təşkilatının birgə təşkilatçılığı ilə “8 noyabr Zəfər Günü” adlı tədbir keçirilib. Tədbirdə muzey əməkdaşları və Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin Vətən Müharibəsi fondunun mütəxəssisi, YAP Səbail rayonu “H.Z.Tağıyev 4” ərazi təşkilatının üzvü Gülnar Fərhadova tədbir haqqında ətraflı məlumat verib.
Sonra YAP Səbail rayon təşkilatının“Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədri, dosent Bəhman Kərimov Vətən Müharibəsinin tarixi əhəmiyyəti haqqında ətraflı məlumat verib. B.Kərimov qeyd edib ki, Vətən Müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının birliyinin, ordumuzun güc və iradəsinin, eləcə də Ulu Öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli fəaliyyətinin nəticəsidir.
Daha sonra Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov Vətən Müharibəsində Ordumuzun qəhrəmanlığından, muzeydə yaradılan Vətən Müharibəsi fondunun fəaliyyətindən danışıb.
YAP Səbail rayon təşkilatının “Z.Tağıyev küçəsi, 4” Ərazi Partiya Təşkilatının sədr müavini Pərvanə Əzimova “8 Noyabr Zəfər günü haqqın, ədalətin və bütövlüyümüzün qələbəsi” mövzusunda çıxış edib.
Sonra Vətən Müharibəsi iştirakçıları- fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayev, Xüsusi təyinatlı dəstənin giziri, qazi, Sirac Həsənov, kəşfiyatçı əsgər, qazi Üzeyir Qənbərov ordumuzun qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilmiş böyük qələbənin əldə edilməsi haqqında danışıblar.
Tədbirin bədii hissəsində Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunu İbrahim Quliyevin ifasında musiqisi Süleyman Ələsgərova, sözləri Süleyman Rüstəmə aid "Qarabağ" və musiqisi Süleyman Ələsgərova, sözləri Şıxəli Qurbanova aid "Şuşa" mahnıları səsləndirilib. Daha sonra Amaliya Ağayevanın iştirakı ilə “Həyat” rəqs qrupunun ifasında rəqsi nümayiş olunub. İfaçıya Nigar Əhmədova bədi rəhbərlik edib.
Sonda xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.