Milli Azərbaycan Tarixi Muzeyində Zəfər Gününə həsr olunmuş interaktiv dərs keçirilib. Dərs İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Nəftəliyeva tərəfindən Bakı Modern Tehsil Kompleksinin şagirdləri üçün təşkil olunub.
Şagirdlərə 44 günlük Vətən Müharibəsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlər barədə ətraflı məlumat verilib.
Sonra Zəfər Gününə həsr olunmuş “kvest” təşkil edilib. Oyun formasında keçirilən bu mərhələdə şagirdlər sualları cavablandıraraq, qələbə mövzusuna aid biliklərini nümayiş etdiriblər.
Sonda “Xarıbülbül” ustad dərsində şagirdlər Xarıbülbül formasında olan gips fiqurları rəngləyiblər.
Keçirilən interaktiv dərs Zəfər Gününün mənəvi əhəmiyyətinin uşaqlara aşılanması, vətənpərvərlik duyğularının möhkəmləndirilməsi və qəhrəmanlıq ruhunun yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.