Milli Azərbaycan Tarixi Muzeyində 44 günlük Vətən Müharibəsində qazanılan qələbəyə həsr olunmuş “Zəfər ruhu ” adlı fotosərginin açılış mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin muzeylər sektorunun müdiri Könül Cəfərova çıxışında vurğulayıb ki, Zəfər Günü Azərbaycan xalqının mübarizə əzmini, birliyini və Vətənə sədaqətini əks etdirən ən qürurlu tarixlərdən biridir. K.Cəfərova belə sərgilərin gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi və Vətən Müharibəsinin tarixi əhəmiyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Sonra muzeyin direktoru, akademik Nailə Vəlixanlı qeyd edib ki, “Zəfər ruhu” adlı sərgi xalqımızın azadlıq və ədalət uğrunda apardığı mübarizənin, igid oğullarımızın qəhrəmanlığının, həmçinin müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi qələbənin rəmzidir. Nailə Vəlixanlı 2021- ci ildən etibarən Vətən Müharibəsinə aid belə silsilə fotosərgilərin keçirilməsində təşəbbüsünə görə sərginin kuratoru, muzeyin əməkdaşı Mirnaib Həsənoğluya təşəkkürünü bildirib.
Sonda Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi, muzeyin fotoqrafı Mirnaib Həsənoğlu qeyd edib ki, sərgisinin əsas məqsədi Vətən Müharibəsi dövründə Azərbaycan xalqının qəhrəmanlığını, ordumuzun şücaətini və qazanılmış tarixi Qələbənin əhəmiyyətini sənədli fotoşəkillər vasitəsilə ictimaiyyətə təqdim etməkdir.
Sərgidə fotoqraflar- Şahvələd Eyvazov, Nurəhməd Vəliyev, Oleq Litvin, İlqar Cəfərov, Kərəm Nəbiyev, Xalid Əsgərov, Əli Qafarov, Rafiq Bağırov, Fərqanə Qasımlı, Nurlan Tahirli, Nail Əhmədov, Kamran Əsədov, Vüqar İbadov, İlkin Səlifov, Fariz Əliyev, Araz Adiloğlu, Vüqar Əmrullayev, Famil Mahmudbəyli və muzeyin fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin təsisçisi Mirnaib Həsənoğlu tərəfindən lentə alınmış fotolar nümayiş olunub.
Sözügedən sərgi 10 gün davam edəcək. Sərgiyə giriş sərbəstdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.