Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası yeni unikal eksponatla zənginləşib.Türk tarixçisi Candan Badem və tarix araşdırmaçısı Xəyal Bayramlının muzeyə hədiyyə olaraq göndərdikləri fotoşəkildə 1918-ci ildə Azərbaycanın xilasına gəlmiş, Qafqaz İslam Ordusunda xidmət etmiş Osmanlı hərbçisi əks olunub. Osmanlı dövlətinin "Hərbi medalı" və "Ləyaqət" medalı ilə təltif olunmuş hərbçinin 1918-ci ildə Rumıniyadan Batuma, oradan isə Azərbaycana keçən ordunun 15-ci tümənində qulluq etdiyi ehtimal olunur. Şəkil Bakıda "F.Kokovixin" fotoatelyesində çəkilib.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında 1918-ci ilin iyun-sentyabr aylarında Bakının və ölkəmizin digər bölgələrinin erməni-rus işğalçılarından azad olunmasında iştirak etmiş Qafqaz İslam Ordusuna aid çoxsaylı materiallar mühafizə olunur. Onların bir qismi muzeyin daimi ekspozisiyasında nümayiş etdirilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.