Milli Azərbaycan Tarixi Muzeyinin 105 illiyi münasibətilə “TARİXİN
ÖYRƏNİLMƏSİNİN VƏ TƏDRİSİNİN AKTUAL PROBLEMLƏRİ” mövzusunda
respublika elmi konfransı keçiriləcək. Konrfrans haqqında məlumatları diqqətinizə
çatdırırıq:
Konfransın keçirilmə vaxtı: 2 dekabr 2025-ci il
Konfransın istiqamətləri:
1. Azərbaycan tarixinin dövrləşməsi problemi: mövcud yanaşmalar və təkliflər
2. Tarixi mənbələrin öyrənilməsi: təcrübə, problemlər, perspektivlər
3. Akademik elm və tarixin tədrisi
4. Tarixin aktual problemlərinin tədris prosesində əksi
5. Azərbaycan xalqının etnogenezi problemi tarixi tədqiqatlarda
6. Tarix dərslikləri: nailiyyətlər və problemlər
7. Tarixi şəxsiyyətlərə yanaşmalar və qiymətləndirmələr
8. Türk tarixinin tədqiqi və tədrisi: mövcud vəziyyət və perspektivlər
9. Muzeylər və tarixi təhsil
Məruzələrin tərtibinə dair tələblər:
− Məruzələrin mətni Azərbaycan dillində təqdim olunmalıdır.
− Məruzələrdə müəllifin adı və soyadı, elmi dərəcəsi, elmi adı, təmsil etdiyi
müəssisə, tutduğu vəzifə, elektorn poçt ünvanı qeyd edilməldir.
− Məruzələrin həcmi 6-10 səhifə (Times New Roman, ölçü: 12, sətirlərarası
interval: 1) olmalıdır.
− Ədəbiyyat siyahısı və istinadlar Azərbaycan Respublikası Ali Attestasiya
Komissiyasının dissertasiyalar üçün müəyyənləşdirdiyi tələblərə uyğun şəkildə
tərtib edilməldir.
Məruzələr elektron formatda aztarmuzey@mail.ru elektron poçt ünvanına
göndərilməlidir.
Məruzələrin göndərilməsi üçün son tarix: 14.11.2025
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.