Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Buxara əmiri Seyid Mir Əbdül Əhəd xanın (1859–1910) məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə hədiyyə etdiyi yeddi hissəli serviz qorunur. Xüsusi hədiyyə olaraq hazırlanmış bu dəstin hər bir əşyası özünəməxsus nəfis naxışları və forması ilə seçilir.
XIX əsrin sonuna aid mücrü Buxara ustalarının ənənəvi şərq üslubunda, qarasavat, qızıllama və mina texnikalarında yüksək sənətkarlıqla hazırladığı qiymətli mədəni irs nümunəsidir.
Qeyd edək ki, sözügedən eksponat H.Z.Tağıyevin ev-muzeyinin ekspozisiyasında ictimaiyyətə təqdim olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.