Bu gün, 17 noyabr Azərbaycanda "Meydan Hərəkatı" – Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin noyabr ayında Qarabağda Topxana meşəsinin qırılmasına etiraz edən xalq Bakıda, indiki Azadlıq meydanında toplaşaraq kütləvi mitinqlərə başladı. Noyabrın 17-dən etirazlar fasiləsiz davam etdi. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv olunması və Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi tələbləri irəli sürüldü. Bu mitinqdə həmçinin, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə qaldırıldı.
Əlamətdar günlə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında nümayiş olunan Gültəkin Ananın Meydan hərəkatı üçün tikdiyi üçrəngli Azərbaycan bayrağını və Meydan hərakatı zamanı çəkilmiş fotoları təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.