Milli Azərbaycan Tarixi Muzeyində 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş tədbir, eləcə də interaktiv və ustad dərsləri təşkil edilib. İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı Azərbaycan Britaniya Məzunları Birliyi tərəfindən həyata keçirilən “Təhsil üçün əl-ələ” layihəsinin iştirakçıları olan məktəblilərə Milli Dirçəliş Gününün tarixi mahiyyəti barədə ətraflı məlumat verib. Layihə çərçivəsində ölkəmizin 10 bölgəsindən olan 30 məktəbli muzeyin ekspozisiya zallarında keçirilən mühazirədə, həmçinin interaktiv və ustad dərslərində iştirak ediblər.
Daha sonra Q. Qafarlı “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı interaktiv dərs zamanı şagirdlərə H.Z. Tağıyevin həyatı, çoxşaxəli fəaliyyəti və xeyriyyəçilik irsi haqqında danışıb. Q.Qafarlı, həmçinin muzeyin binasının tarixi və memarlıq xüsusiyyətləri barədə məlumat verib.
İnteraktiv dərsin davamı olaraq şagirdlərlə kvest təşkil olunub. “Boyalı küp” adlı ustad dərsində isə şagirdlərə gips fiqurlarının rənglənməsi qaydaları öyrədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.