Milli Azərbaycan Tarixi Muzeyində 175 saylı tam orta məktəbinin şagirdləri üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı interaktiv dərs təşkil olunub.
H.Z.Tağıyevin ev muzeyində keçirilən “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı interaktiv dərsdə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Niftəliyeva şagirdlərə H.Z.Tağıyevin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edib. Ü.Niftəliyeva, həmçinin muzeyin yerləşdiyi bina və onun memarlıq xüsusiyyətləri barədə məlumat verib.
Daha sonra interaktiv formatda kvest keçirilib.
Sonda şagirdlər muzeyin ekspozisiyasını ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.