Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Seyid Əzim Şirvaninin 190 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şamaxıdan doğan günəş: S.Ə.Şirvani-190” adlı tədbir keçirilib.
Tədbirdə muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, dosent Əli Fərhadov “S.Ə.Şirvaninin yaradıcılığında milli-dini məsələlər” mövzusunda məruzə edib. Ə.Fərhadov məruzəsində mütəfəkkirin həyat və yaradıcılığı, dini və dünyəvi maarifçilik, qadın haqları və islamda vəhdət görüşlərindən bəhs edib. Həmçinin xurafat və mövhumatçılıq, şah rejimi əleyhinə mübarizəsi haqqında məlumat verilib.
Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Tədbirdə kitabxana əməkdaşları, o cümlədən, AMEA-nın müxtəlif institutlarının alimləri, universitetlərin, orta məktəblərin müəllimləri iştirak ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.