Azərbaycan Milli Xalça Muzeyində təqdim olunan “Sənət və silah: ənənəvi Azərbaycan silahları rəssamların gözü ilə” adlı sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Əjdər Qafarovun “Döyüş əsləhələri” adlı əsəri nümayiş olunub. Əjdər Qafarovun sərgidə təqdim edilən əsəri Azərbaycan ənənəvi silah sənətinin bədii ifadə imkanlarını nümayiş etdirməsi ilə xüsusilə diqqət çəkib. Onun işi həm tarixi silahların estetik dəyərini vurğulayıb, həm də milli ornamentlərin incəliklərini müasir rəssamlıq yanaşması ilə birləşdirib.
Muzey əməkdaşları və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanan əsər Azərbaycan silahçılıq ənənələrinin sənətdə təcəssümünün parlaq nümunələrindən biri kimi dəyərləndirilib.Eyni zamanda, sərgidə nümayiş olunan digər rəssamların əsərləri də diqqət çəkib. Rəssamların bəziləri Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlardan ilhamlanaraq həmin nadir nümunələrin rəsmlərini hazırlayıblar.
Sərginin sonunda Əjdər Qafarov sertifikatla təltif olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.