22 noyabr tarixində saat 15:00-da Milli Azərbaycan Tarixi Muzeyində neftlə rəsm çəkmə üzrə ustad dərsi keçiriləcək.
Azərbaycanın iqtisadi və tarixi inkişafında əvəzolunmaz rol oynayan neft bu dəfə incəsənət vasitəsinə çevrilərək ziyarətçilərə yeni baxış bucağı təqdim edəcək. Tədbirin əsas qonağı "neftlə işləyən sənətkar" kimi tanınan müasir rəssam Rəhim Çopurov olacaq.
Tədbirimizə qatılmaq istəyən şəxslər əvvəlcədən qeydiyyatdan keçməlidirlər.
Ünvan: Milli Azərbaycan Tarixi Muzeyi
Əlaqə: [055-734-76-64]
E-poçt: [e-poçt ünvanı]
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.