Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun zəngin kolleksiyasında XVII–XX əsrlərə aid, müxtəlif ölkələrdə istehsal olunmuş çini nümunələr qorunur. Kolleksiya Çin, Yaponiya, İngiltərə, Fransa, Polşa və digər ölkələrin çini məmulatlarını əhatə edir.
Bu nümunələr arasında xüsusilə diqqət çəkən eksponatlardan biri Çin dövlətinə aid, incə işləmə ənənələrini əks etdirən XIX əsr çini güldanıdır. Eksponatın üzərində Çin və dünya ədəbiyyatının ən məşhur əsərlərindən biri olan, Tsao Syuetsin tərəfindən qələmə alınmış “Qırmızı otaqda yuxu” romanından səhnələr təsvir edilib.
Forması ilə də diqqət çəkən güldanın oturacağı dar, gövdəyə doğru genişlənmiş, boğazı isə gövdəsinə nisbətən ensiz quruluşa malikdir. Dörd medalyonda nəbati və zoomorf motivlər, altı medalyonda isə sözügedən roman əsasında hazırlanmış süjetlər əks olunub.
XIX əsr çini sənətinin zərifliyi və bədii xüsusiyyətlərini özündə birləşdirən bu güldan muzeyin dəyərli eksponatları sırasında xüsusi yer tutur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.