2021-ci il 30 noyabr tarixində Xızı rayonu “Qaraheybət” hərbi təlim poliqonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin təlim zamanı qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Hadisə zamanı şəhid olmuş Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və Vətən Müharibəsi iştirakçısı Emil Nəzirov, Dövlət Sərhəd Xidmətinin polkovniki Füzuli Cavadov, Dövlət Sərhəd Xidmətinin mayoru Murad Məmmədov, Dövlət Sərhəd Xidmətinin mayoru Emil Mayılov, Sərhəd Qoşunlarının kapitanı, Vətən Müharibəsinin iştirakçısı Cavid Bayramlıya və Sərhəd Qoşunlarının leytenantı, pilot, Vətən Müharibəsinin iştirakçısı Abdulla Süleymanova aid materiallar Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda mühafizə edilir. Həmin materiallardan bir neçəsi muzeyin ekspozisiyasının Zəfər zalında ictimaiyyətə təqdim olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.