2025-ci il Azərbaycanın tanınmış arxeoloqu və etnoqrafı, əməkdar elm xadimi, tarix elmləri namizədi İshaq Cəfərzadənin (1895–1982) anadan olmasının 130 illiyi ilə əlaqədar, 1938-ci il iyulun 19-da onun rəhbərliyi ilə Daşkəsən rayonunun Xaçbulaq (indiki Xoşbulaq) ərazisindəki Molla Abdulla bulağı yaxınlığında yerləşən torpaq kurqanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan sikkəni təqdim edirik. Mis sikkənin üzərindəki yazıların böyük hissəsi silinsə də, Abbasi xəlifəsi ən-Nasirin (1180–1225) adının bəzi hərfləri oxunur. Tipoloji xüsusiyyətləri əsasında sikkənin Azərbaycan atabəyləri (Eldənizlər) dövründə, əsasən XIII əsrdə zərb edildiyi müəyyənləşdirilmişdir. Sikkənin numizmatik təyinatını AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Yevgeni Paxomov (1880–1965) müəyyən etmişdir.
Belə sikkələrin numizmatik təyinatı daha çox onların tipologiyasına əsaslanır.
Sözügedən material mövzu üzrə aparılan elmi tədqiqatlar üçün xüsusi əhəmiyyət kəsb edir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.