Aqil Quliyev 2000-ci il dekabrın 3-də Bərdə şəhərində anadan olub. Gənc yaşlarından Vətənə sevgi, torpağa bağlılıq və xidmət ruhu ilə böyüyən Aqil Quliyev 2020-ci ildə Vətən Müharibəsində iştirak edərək ən çətin döyüş tapşırıqlarını yerinə yetirib. Göstərdiyi şücaət və fədakarlıqla seçilən Aqil Quliyev 2020-ci il noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aqil Quliyev ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Şəhid Aqil Quliyevə aid Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunan şəxsi əşyalarını (hərbi səhra geyim dəsti,kitel,şalvar, köynək,kəmər və beret, uzunboğaz çəkmə, sənədlər,fotoşəkillər, ağac maket,suvenir) təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.