Qazaxıstan Respublikası Milli Muzeyinin əməkdaşları – Muzey pedaqogikası və uşaq yaradıcılığı şöbəsinin kiçik elmi işçisi Ensibayev Meyranbek və Ekskursiya xidməti şöbəsinin bələdçisi Nuriyeva Arujan muzey təcrübəsinin öyrənilməsi və peşəkar təcrübə mübadiləsi məqsədilə Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi qonaqlara muzeyin təhsil proqramları və maarifləndirmə istiqamətində gördüyü işlər- uşaqlar və gənclər üçün hazırlanan tədris-əyləncə proqramları, interaktiv dərslər, tematik ekskursiyalar və tətbiq edilən innovativ metodlar haqqında geniş məlumat verib.
Sonda qonaqlar Hacı Zeynalabdin Tağıyevin ev- muzeyini ziyarət ediblər və təqdim olunan eksponatlar onlarda xoş təəssürat yaradıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.