Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Danışır Mədəniyyət” radio verilişinin qonağı olub. Veriliş zamanı Z. İsmayılova muzeyin beynəlxalq əməkdaşlıq istiqamətləri, həyata keçirilən interaktiv layihələr, həmçinin muzeyin maarifləndirmə fəaliyyətində tətbiq olunan yeni formatlar barədə ətraflı məlumat verib.
Ətraflı keçiddə
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.