1–5 dekabr tarixlərində Qazaxıstan Milli Muzeyinin əməkdaşları Ensebayev Meyrambek və Nuriyeva Arujan Milli Azərbaycan Tarixi Muzeyində “Muzeylərin mədəni-maarif fəaliyyəti və ziyarətçilərlə iş” təcrübə proqramında iştirak ediblər.
Təcrübə müddətində A.Nuriyeva və M.Ensebayev muzeyin maarifləndirici fəaliyyət istiqamətləri, ziyarətçilərlə işin təşkili, həmçinin sərgi və ekspozisiyaların quruluş prinsipləri ilə ətraflı tanış olublar. Proqram çərçivəsində təcrübəçilərə muzeyin materiallarının saxlanması, sənədləşdirilməsi və bərpa prosesləri barədə geniş məlumat verilib.
Sonda A. Nuriyeva və M. Ensebayev sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.