5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə AMEA Arxeologiya və Antropologiya İnstitutunda I və II dövr “Könüllülük Proqramı” çərçivəsində təlim prosesində iştirak etmiş müəllim heyəti üzvlərinin, I dövr “Könüllülük Proqramı” çərçivəsində “Yay könüllü heyəti” tərkibində fərqlənmiş könüllülərin mükafatlandırma mərasimi keçrilib. Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri Emin Dadaşov iştirak ediblər. S.Nəsirova və N.Quluzadə çıxışlarında qeyd ediblər ki, İnstitutun təşəbbüsü ilə həyata keçirilən bu layihə könüllülərə arxeologiya sahəsində geniş bilik və təcrübə qazandırmaqla yanaşı, gənclərin tarixi-mədəni irsə marağını artırmaq və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.
Sonda təlimçilər və tələbələr AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, t.ü.f.d., dosent Fərhad Quliyev tərəfindən sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.