8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova Azərbaycan Kooperasiya Universitetində "Numizmatik materialların ekspertizası" mövzusunda mühazirə deyib. “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulan mühazirə Universitetin müəllimi, t.ü.f.d., dosent Sevinc Nəsirovanın təşəbbüsü ilə təşkil edilmişdir.
Mühazirədə müasir dövrdə numizmatik tapıntıların ekspertizasında tətbiq edilən üsullar, sikkələrin numizmatik təyinatında istinad edilən başlıca göstəricilər, ekspert rəyində diqqət ediləcək məqamlar, praktiki savadlılıq barədə ətraflı məlumat verilmiş, numizmatikanı təmsil edən sikkələrin önəmi, onların satış dəyərinin müəyyən edilməsi, muzey etikası, müasir numizmatik problemlər və onların həlli yolları ilə bağlı məsələlər əks edilmişdir.
Mövzu ilə əlaqədar tərtib edilmiş elektron prezentasiya müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanmış, verilən suallar cavablandırılmışdır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.