Milli Azərbaycan Tarixi Muzeyində Bakı İncəsənət Mərkəzi Eksperimental Yaradıcılıq İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantına əsasən “İrəvan Qala Şəhərinin etnoqrafik xəritəsi”nin təqdimatı keçirilib.
Layihə çərçivəsində İrəvan qala-şəhərinin çoxəsrlik etnik mənzərəsini əks etdirən vizual materiallar, eləcə də qala daxilində mövcud olmuş dini və ictimai obyektlər haqqında məlumatlar toplanmışdır. İlk dəfə hazırlanmış bu xəritə elmi-etnoqrafik yanaşma əsasında, vizual və yazılı arxiv mənbələrinin qarşılaşdırılması yolu ilə tərtib edilmişdir.
Layihənin məqsədi İrəvan qala-şəhərinin etnik mənzərəsini və memarlıq infrastrukturunu elmi mənbələr əsasında vizual şəkildə bərpa etməkdən ibarətdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.