“Elmi Araşdırmalar” İctimai Birliyinin sədri, hərbi-siyasi ekspert Telman Qasımov tərəfindən müəllifi olduğu “İrəvan: hər daşı tarix” adlı kitab-albom muzeyə hədiyyə olunub. Azərbaycan, ingilis, rus və erməni dillərində çap olunan kitab-albomda İrəvanın tarixi ilə bağlı əsas faktlar və fotoşəkillər təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.