Türkiyənin Ankara şəhərində Beynəlxalq İcma Araşdırmaları Mərkəzi (UTAMER) tərəfindən 12–14 dekabr 2025-ci il tarixlərində Beynəlxalq Qadın Araşdırmaları Konfransı təşkil olunub. Konfransda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, dosent Əli Fərhadov onlayn formatda iştirak edib.
Ə.Fərhadov “Cavad Heyətin əsərlərində qadın mövzusu və qadın haqlarına baxışı” mövzusunda məruzə ilə çıxış edib. Ə.Fərhadov çıxışında Təbrizli mütəfəkkir Cavad Heyətin baş redaktoru olduğu və elmi məqalələrinin dərc edildiyi “Varlıq” jurnalının Tehranda nəşr olunmuş bəzi nüsxələrinin Milli Azərbaycan Tarixi Muzeyində qorunduğunu qeyd edib.
Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb. Konfrans materiallarının nəşr olunması nəzərdə tutulur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.