Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin I kurs tələbələri üçün muzeydə maarifləndirici mühazirə keçirib.
Mühazirə ölkəmizin zəngin mədəni-tarixi irsi, qorunması və təbliğinin elmi əsasları mövzusunu əhatə edib. E.Məmmədov eyni zamanda, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Milli Ordusunun göstərdiyi qəhrəmanlıq, əldə olunmuş tarixi Qələbənin ölkəmizin ərazi bütövlüyünün bərpasında oynadığı həlledici rolu xüsusi vurğulayıb.
Mühazirə tələbələrdə milli tarixi irsə marağın artırılması və tarixi hadisələrin elmi baxımdan düzgün dərk edilməsi üçün mühüm əhəmiyyət kəsb edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.