Türkiyənin Ankara şəhərində Beynəlxalq İcma Araşdırmaları Mərkəzi (UTAMER) tərəfindən 19-21 dekabr 2025-ci il tarixlərində Beynəlxalq Tarix Araşdırmaları Konfransı keçirilib. Konfranasda muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, dosent Əli Fərhadov moderator və məruzəçi kimi iştirak edib (onlayn).
Ə. Fərhadov konfransda “Mirzə Yusif xan Təbrizi: həyatı və konstitusion haqlar uğrunda mübarizəsi” mövzusunda məruzə edib, XIX əsrin görkəmli dövlət xadimi, hüquqşünas və diplomatı, "Müstəşarüddövlə" (Dövlət müşaviri) ləqəbli filosof yazar Mirzə Yusif xan Təbrizinin həyatı və fəaliyyəti, məşhur “Yek kəlimə” (“Tək kəlmə”) əsərindən, məqalələrindən bəhs edib. Ə.Fərhadov həmçinin onun Qacar şah rejiminə qarşı apardığı mübarizə, insan haqları, dünyəvi, demokratik və multikultural dövlət quruculuğu, parlamentarizm və konstitusiyanın qəbul edilməsi uğrunda mübarizəsi, Nəsrəddin şaha, vəliəhd Müzəffərəddin Mirzəyə yazdığı tənqidi məktubları və bu fəaliyyəti nəticəsində həbs və şəhid edilməsi barədə ətraflı məlumat verib. Məruzədə Mirzə Yusif xan Təbrizinin Mirzə Kazım bəy və M.F.Axundzadə ilə əlaqələri, müsəlman maarifçiliyi mövzusundakı müzakirələri, məktublaşmaları göstərilib. Mütəfəkkirin demokratik ideyalarının digər azərbaycanlı ziyalılar - C.Əfqani, S.H.Tağızadə, Z.Marağayi, M.Ə.Talıbov və Mirzə Mülküm xanla birlikdə İran məşrutə inqilabına verdiyi töhfələri xüsusi vurğulanıb.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb. Konfrans materiallarının nəşr olunması nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.