Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda müxtəlif dini məzmunlu məişət əşyaları – quranqabılar, möhürqabılar, namazlıqlar qorunur. Bu əşyalar müxtəlif parçalardan tikilmiş, zərif tikmə nümunələri ilə bəzədilmişdir.
Təqdim olunan quranqabı XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olub, Şuşa şəhərində istifadə edilib. Ənənəvi sənətkarlıq nümunəsi olan quranqabı tirmə parça üzərində şahpəsənd, zərbafta, qaragöz bafta kimi bəzəklərlə hazırlanmışdır. Həm qoruyucu, həm də estetik məqsəd daşıyan belə qovluqlar dini irsin və ənənəvi zövqün təcəssümüdür.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.