Azərbaycan Ordusunun giziri, Vətən Müharibəsinin şəhidi Cavid Sahratov 1981-ci il dekabrın 23-də Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 1989-1999-cu illərdə Əsədabad kənd tam orta məktəbində təhsil alıb. Cavid Sahratov 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən Aprel döyüşlərində iştirak edib. Cavid Sahratov Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib, oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunması uğrunda”, “Azərbaycan bayrağı” medalları ilə təltif edilib.
Şəhid gizir Cavid Sahratovun şəxsi əşyaları (hərbi səhra geyimi-kitel, şalvar və sviter, sənədlər, fotoşəkil) muzeyin Vətən Müharibəsi fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.