Bu gün, 24 dekabr Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. Milli Azərbaycan Tarixi Muzeyinin kollektivi cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və ölkəmizin inkişafı naminə fəaliyyətində yeni nailiyyətlər arzulayır!
Əlamətdar günlə əlaqədar olaraq, muzeyin ekspozisiyasındakı “Azərbaycan yeni inkişaf mərhələsində” adlı xüsusi zalı təqdim edirik. Bu zal cənab Prezident İlham Əliyevin prezidentlik dövrünü, ölkəmizin əldə etdiyi inkişaf göstəricilərini və bu dövrdə həyata keçirilmiş mühüm nailiyyətləri əks etdirir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.