Bu gün, 25 dekabr görkəmli şərqşünas-tarixçi alim, akademik Nailə Məmmədəli qızı Vəlixanlının doğum günüdür. O, 1940-cı ildə Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olub. Nailə Vəlixanlı 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Tədqiqatçı-alim 1964–1967-ci illərdə tanınmış alim Ziya Bünyadovun rəhbərliyi ilə namizədlik dissertasiyası üzərində işləmişdir. Akademik Nailə Vəlixanlı Azərbaycan tarixinin tədqiqi sahəsində mühüm işlər görmüş, bir çox elmi əsərlərin müəllifidir. N.Vəlixanlı 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilmiş və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru vəzifəsində çalışır. Alimin elmi və ictimai fəaliyyəti dövlət tərəfindən daima yüksək qiymətləndirilmişdir. Akademik Nailə Vəlixanlı "Şöhrət" və "Şərəf" ordenləri, həmçinin bir sıra yubiley medalları ilə təltif olunmuşdur.
Muzeyin kollektivi adından Nailə xanımı doğum günü münasibətilə təbrik edir, Nailə xanıma möhkəm cansağlığı, uzun ömür və elmi fəaliyyətində yeni uğurlar arzulayırıq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.