Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri t.e.d. Nərgiz Əliyeva “Türkdilli xalqların tarixi-mədəni əlaqələrinin sərgilərdə əksi”, həmin şöbənin əməkdaşları- t.ü.f.d., dosent Tural Şiriyev “Orta əsrlərdə Azərbaycanda bəzi ictimai tikililərin etnoqrafik xüsusiyyətləri haqqında” , t.ü.f.d., dosent Əli Fərhadov “Qacarlar dövründə demokratik haqlar uğrunda mübarizə: Mirzə Yusif xan Təbrizi nümunəsi”, Arxeologiya elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılova “Azərbaycanın Səlcuqlu dövrü torevtika məmulatının ortaq türk mədəniyyət sistemində yeri” həmin şöbənin kiçik elmi işçisi Arzu Mirzəhmədova “Orta əsr Beyləqan şəhərinin Səlcuq dövrü keramikasının rəqəmsallaşdırılması və mühafizəsi” adlı məruzələrlə çıxış ediblər.
Məruzələr maraqla qarşılanmış, verilən suallar ətraflı cavablandırılmışdır. Konfrans materiallarının nəşr olunması nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.