Bu gün Birinci Qarabağ Müharibəsi şəhidi baş leytenant İlqar Quliyevin doğum günüdür. İlqar Quliyev 28 dekabr 1960-cı ildə Bakının Kürdəxanı kəndində doğulub. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən hərbi peşə məktəbinə kurslara dəvət olunub. Kursu uğurla başa vurduqdan sonra mühəndis-istehkamçı kimi hərbi xidmətə başlayıb.1993-cü ildə “N” saylı hərbi hissəyə Mühəndis Xidməti rəisi təyin olunub. Füzuli rayonunun Alxanlı, Kürdmahmudlu, Qaraxanbəyli və digər kəndlərinin minalardan təmizlənməsinə rəhbərlik edib. 25 yanvar 1994-cü ildə Kürdmahmudlu kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Birinci Qarabağ Müharibəsinin şəhidi İlqar Quliyevə aid şəxsi əşyalar (hərbi mərasim kiteli və şalvarı, hərbi səhra kiteli və şalvarı, mərasim furajkası, zabit yan çantası, tapança qoburu, haqqında məqalə çap olunan iki qəzet və dörd ədəd fotoşəkli) muzeyin Vətən Müharibəsi fonduna daxil olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.