Muzeyin Numizmatika fondunun keçmiş müdiri Zümrüd Ələsgərova vəfat etmişdir. Zümrüd Ələsgərova uzun illər muzeydə çalışaraq fond işinə, eksponatların qorunmasına və muzey fəaliyyətinə layiqli töhfələr vermiş, məsuliyyətli və səmimi əməkdaş kimi tanınmışdır. Onun təmkinli xarakteri və dəyərli insani keyfiyyətləri onu tanıyanların yaddaşında daim yaşayacaqdır. Bu hadisə ilə əlaqədar mərhumənin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirik.
Qeyd edək ki, Zümrüd xanım görkəmli Azərbaycan şərqşünas alimi, tarixçi və arxeoloq, tarix elmləri namizədi Əjdər Ələsgərzadənin qızı olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.