Azərbaycan qadınlarının gündəlik həyatında kosmetik vasitələr və müxtəlif bəzək əşyaları hər zaman mühüm rol oynayıb. Xüsusilə saç baxımında istifadə olunan daraqlar və onlara uyğun hazırlanmış daraqqabılar həm funksional, həm də estetik xüsusiyyətləri ilə seçilir. Bu nümunələrdən biri Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan, XIX əsrə aid məxmər və baftadan hazırlanmış daraqqabıdır. Sözügedən daraqqabının üzəri güləbətin və ipək saplarla naxışlanmışdır. 1955-ci ildə muzeyin fonduna daxil olan eksponat tanınmış Azərbaycan dramaturqu, ictimai xadim Mirzə Fətəli Axundzadənin ailəsinə məxsus olmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.