Türkiyənin Konya şəhərində Nəcməddin Ərbakan Universiteti tərəfindən nəşr olunan “Qafqaz: din, cəmiyyət və siyasət” adlı kitab (Konya, 2025) oxuculara təqdim edilib. Kitabın həmmüəlliflərindən biri Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d., dosent Əli Fərhadovdur. Ə.Fərhadov kitabda "XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda dini vəziyyət" mövzusuna həsr olunmuş bölmənin müəllifidir. Bu bölmədə çar Rusiyası və Qacarların son dövründə Azərbaycanda dini həyatın ümumi mənzərəsi, mövcud problemlər və dini proseslər elmi əsaslarla təqdim edilir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.