2025-ci ildə Ağsu Arxeoloji Ekspedisiyasının rəhbəri, t.e.d., professor Qafar Cəbiyevin rəhbərliyi ilə Ağsu rayonunun Şıxməzid abidəsi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 18 ədəd sikkə aşkar edilib. Tapıntılar ekspedisiyanın üzvü, tarix üzrə fəlsəfə doktoru Elmira Abbasova tərəfindən numizmatik təyinatının aparılması üçün Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub. Sikkələr ilkin olaraq muzeyin bərpa laboratoriyasında təmizlənib və Numizmatika fonduna təhvil verilib. Sikkələrin numizmatik təyinatı Numizmatika fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova tərəfindən aparılıb. Aparılan təyinat nəticəsində müəyyən edilib ki, sözügedən sikkələr Səfəvi hökmdarı Sultan Hüseynin hakimiyyəti dövründə (1693–1722) Gəncə, Şamaxı, Dərbənd, İrəvan, Təbriz, İsfəhan və digər şəhərlərdə zərb edilib, çəkisi 1,3–18,45 qram arasında dəyişən gümüş sikkələrdir. “Abbasi”, “şahı”, “mahmudi”, “bisti” kimi tanınan bu sikkələrin üzərində ərəb qrafikası ilə dini ifadələr, hökmdarın adı, imamların adları, müxtəlif titullar, zərb edildiyi şəhər və hicri tarix həkk olunub.
Qeyd edək ki, Sultan Hüseyn dövründə həmçinin (1,1–6,9q) qızıl sikkələr (misqal və əşrəfilər) dövriyyədə olmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.