Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadənin həmmüəlliflərdən biri olduğu “Maddi-mədəni sərvətlərin mühafizəsinə dair təlimat” adlı kitab nəşr olunub. Kitabda qoruqlarda və muzey fondlarında qorunan daşınar maddi-mədəni irs nümunələrinin pasportlaşdırılması, foto-sənədləşdirilməsi, bərpası, saxlanma şəraiti və hüquqi sənədləşdirilməsi məsələləri geniş şəkildə araşdırılıb. Sözügedən vəsait muzey və qoruq fondlarında çalışan mütəxəssislər, eləcə də arxeologiya, muzeyşünaslıq, konservasiya və mədəni irs sahəsində təhsil alan tələbə və tədqiqatçılar üçün nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.