Azərbaycan qadınlarının gündəlik və mərasim geyimlərində zinət əşyaları hər zaman mühüm yer tutmuşdur. Qadınlar sırğa, boyunbağı, bilərzik və digər zinət əşyalarından həm estetik zövqün, həm də sosial statusun göstəricisi kimi istifadə edirdilər. Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fondunda qorunan, təqdim olunan sırğa Azərbaycan zərgərlik sənətinin şəbəkə texnikası ilə hazırlanmış nümunələrindən biridir.
Sözügedən sırğanın yuxarı hissəsində qırmızı qaşlı ay-ulduz, alt hissəsində çətir formasında asılmış altı ləçəkli gül motivi və şar formalı dekorativ elementlər əks olunub. Sırğanın detalları xırda mirvarili asmalarla bəzədilib.
Bu zinət nümunəsi dövrün zərif zövqünü və ustaların yüksək sənətkarlıq səviyyəsini əks etdirir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.