Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi Murad Kəlbiyevin doğum günündür. M.Kəlbiyev 1996-cı il yanvarın 11-də Qusar rayonunun Cibir kəndində anadan olub.
Murad Kəlbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən Müharibəsi zamanı Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib, oktyabrın 5-də qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Kəlbiyev ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhid Murad Kəlbiyevə aid şəxsi əşyalar (uzunboğaz çəkmə və 2 ədəd fotoşəkil) Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.