Qazaxıstan Respublikasının Milli Muzeyinin keramika, çini və şüşənin konservasiyası və bərpası sektorunun bərpaçı-rəssamı Mailekova Maiya Milli Azərbaycan Tarixi Muzeyində təlimdə iştirak edib. Təlim muzeyin Bərpa laboratoriyasının əməkdaşı, keramika üzrə bərpaçı-rəssam Aytən Qafarova tərəfindən keçirilib. Təlim zamanı bərpa texnologiyası, gildən hazırlanmış eksponatın bərpa prosesləri, eləcə də tətbiq edilən yeni metodlar haqqında məlumat verilib, keramika bərpa texnikaları əyani şəkildə tətbiq edilib.
Sertifikatın təqdimatı zamanı Mailekova Maiya Milli Azərbaycan Tarixi Muzeyinə və təlimin təşkilatçılarına təşəkkür edərək, əldə etdiyi bilik və təcrübənin onun peşəkar fəaliyyətinə mühüm töhfə verəcəyini vurğulayıb.
Təlim iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığın güclənməsinə xidmət edən əhəmiyyətli bir addım kimi qiymətləndirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.